Almaniyanın Bottrop şəhərində türk klassik musiqisinin divası Bülent Ersoyun verdiyi konsertdə izdiham yaşanıb.
Tribuna.az Milliyet-ə istinadən xəbər verir ki, tez-tez mahnılar arasında pərəstişkarları ilə söhbət edən Bülent Ersoy, Türk klassik musiqisi əsərləri ilə yanaşı çağdaş parçalara da yer verdiyi konsertində təxminən üç saat səhnədə qalıb.
Sənətçi onu dinləməyə gələnlərə “Bəlkə bir də bura gələ bilməyəcəm, haqqınızı halal edin” deyib.









