Əbu-Dabidə Ukrayna danışıqları başladı

Əbu-Dabidə Ukrayna danışıqları başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ukrayna münaqişəsinin həlli ilə bağlı diplomatik görüşlərə başlanılıb.

Tribuna.az  xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov “Telegram” kanalında paylaşım edib.

Bildirilib ki, ilk görüş Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri ilə keçiriləcək. Görüşə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qatılacaqlar.

Məlumata görə, görüşdə növbəti danışıqlar mərhələsindən əvvəl tərəflərin mövqelərinin razılaşdırılması və addımların əlaqələndirilməsi nəzərdə tutulur. Bundan sonra Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqlar keçiriləcək.

Umerov qeyd edib ki, Ukrayna nümayəndə heyətinin tərkibində Kirill Budanov, David Araxamiya, Sergey Kislitsa və Vadim Skibitski də yer alırlar:

“Ukrayna tərəfi danışıqlarda əsas prioritetlərin hərbi əməliyyatların dayandırılması, müharibədən sonrakı etibarlı təhlükəsizlik təminatları, ölkənin iqtisadi bərpası və inkişafı, eləcə də humanitar məsələlər olduğunu açıqlayıb”.