Abşeron-Xızı Regional Təhsil İdarəsi qəribə tender elan edib.
Tribuna.az-ın xəbərinə görə, təhsil idarəsinə tabe olan bəzi təhsil müəssisələrində şagird daşınması müsabiqə açıqlanıb.
Məlum olub ki, şagird daşınması üçün 365 min 700 manat nəzərdə tutulub. Amma şagirdlərin daşınması dedikdə nədən söhbət getdiyi aydın deyil. Eyni zamanda, bunun üçün 365 mindən çox maliyyə nəzərdə tutulması maxinasiya şübhələri yaradır.
Qeyd edək ki, regional, təhsil idarəsinin rəhbəri İlhamə Abdullayevadır. Onun adı bir sıra neqativ məsələlərdə hallanıb.
Həsən Ağa









