Brilliant Dadaşovadan Lalə Məmmədova ilə bağlı iddialara reaksiya

Brilliant Dadaşovadan Lalə Məmmədova ilə bağlı iddialara reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Brilliant Dadaşovanın arxiv müsahibəsi müzakirələrə səbəb olub.

Tribuna.az xəbər verir ki, müğənni müsahibəsində bir ifaçının onun adını çəkmədən oxuma tərzindən istifadə etməsindən və ona “salam” verməməsindən danışıb. Bu sözlərin Əməkdar artist Lalə Məmmədovaya aid olduğu iddia edilib.

B. Dadaşova iddialara münasibət bildirib.

“Lalə Məmmədovadan bir dəfə də olsun “Sevgilim” mahnısını eşitməmişəm. Bu müsahibədəki söhbətin Lalə Məmmədovaya heç bir aidiyyəti yoxdur. Yanlış anlayanlar üçün yazdım” deyə, ifaçı qeyd edib.

L. Məmmədova isə Dadaşovanın rəyinə “Tanrı sizi qorusun” yazaraq, reaksiya verib./axsam.az/