“BOLT” TAKSİ SÜRÜCÜLƏRİ MÜŞTƏRİLƏRİN BAŞINA OYUN AÇIR… – ŞİKAYƏT

“BOLT” TAKSİ SÜRÜCÜLƏRİ MÜŞTƏRİLƏRİN BAŞINA OYUN AÇIR… – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kifayət qədər məşhur olan “Bolt” taksi şirkətinin göstərdiyi xidmət və sürücülərinin yol verdiyi nöqsanlar gün keçdikcə daha da artır. Müştəri şikayətlərinin çox olmasına baxmayaraq sürücülərin özbaşınalığı davam edir.

Tribuna.az xəbər verir ki, “Bolt” sürücüsünün səbəb olduğu növbəti xoşagəlməz hadisə Günay İsmayılovanın başına gəlib. Vətəndaş bildirib ki, sifariş verdiyi taksiyə ödənişi kartla edib. Balansından pul çıxsa da, sürücü gəlməyib:

“Gördüyünüz markalı maşına sahib olan insan mənim pulumu mənimsəyib. Şikayətim “Bolt” taksi şirktindəndir. Taksi sifariş etdim. Ödəniş kartla idi və 5 dəqiqəyə sürücü çatacağını bildirdi. 1 saniyə keçmişdi ki, gördüm gediş yekunlaşdı və kartımdan pul çıxıldı. Sürücü zənglərimə cavab vermir. Bir dəfə telefonu açıb nömrənin ona aid olmadığını deyib”.

“Bolt” müştərisi Zərifə Qurbanova da sifariş verdiyi taksinin ondan əlavə ödəniş istədiyini deyir:

“Şikayətim “Bolt” şirkətindəndir. Tətbiq hansı qiyməti yazırsa, sürücü o qiymətə getmək istəmir və üstəlikdə qeyd edir ki, bir az çox versəniz gələrəm. 7 manatlıq yola bir az çox nə qədər verməliyəm?
Sürücünün belə bir tələbdə olunmağı düzgün deyil. Başqa telefondan sifariş etmişik 8 manata gəldi”.