Bergüzar Korel bikinili görüntüsü ilə gündəmdə – Foto

Bergüzar Korel bikinili görüntüsü ilə gündəmdə – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış aktrisası Bergüzar Korel yay istirahətindən yayılan yeni fotoları ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Tribuna.az xəbər verir ki, paparassilər tərəfindən çəkilən kadrlarda üç uşaq anası olan aktrisa çəhrayı tonlarda bikinidə günəş vannası qəbul edərkən və dənizdən çıxarkən görüntülənib.

Fit görünüşü və forması sosial media istifadəçilərinin diqqətini çəkib.

Bergüzar Korel son illər ailə həyatına daha çox vaxt ayırsa da, aktyorluq fəaliyyətini də davam etdirir. O, 2009-cu ildə aktyor Halit Ergençlə ailə qurub. Cütlüyün Ali, Han və Leyla adlı üç övladı var.

Gülşən Rəsul