“Təmiz Şəhər”in yığılmış zərəri 250 milyon manata yaxınlaşır

“Təmiz Şəhər”in yığılmış zərəri 250 milyon manata yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Təmiz Şəhər” ASC 2025-ci ili 5,666 milyon manat xalis zərərlə başa vurub.
Tribuna.az report-a istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur.

Son nəticədə qurumun yığılmış zərəri 1 il əvvələ nisbətən 2,3 % artaraq 249,185 milyon manata çatıb.

Bu il yanvarın 1-nə “Təmiz Şəhər”in aktivləri 47,45 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 22 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 16,2 % artaraq 5,675 milyon manata çatıb, balans kapitalı isə 25,4 % azalaraq 41,775 milyon manata düşüb.

Xatırladaq ki, “Təmiz Şəhər” Prezident İlham Əliyevin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 9,15 milyon manatdır. Şirkət Bakıda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun mütəşəkkil şəkildə qurmaqla və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.