İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü

İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.

Tribuna.az  xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb.

Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan vəfat etdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.