Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.
Tribuna.az “Report”a istinadən xəbər verir ki, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub.
Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib.
Eyni zamanda, Aparat rəhbərinin müavini vəzifəsi ləğv olunub.
Komitədən məlumatı təsdiqləyiblər.









