Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu – Rəqəmlər

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu – Rəqəmlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il ali təhsil müəssisələrinə ən çox I ixtisas qrupu üzrə abituriyent qəbul olunub.

Tribuna.az  xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı statistikaya əsasən, I qrup üzrə ümumilikdə 19 177 nəfər tələbə adını qazanıb.

II ixtisas qrupu üzrə 15 524, III qrup üzrə 15 332, IV qrup üzrə 4 621, V qrup üzrə isə 4 293 nəfər qəbul olunub.

Beləliklə, ən yüksək qəbul göstəricisi I ixtisas qrupunda, ən aşağı göstərici isə V qrupda qeydə alınıb.