“Qarşıda daha bir genişmiqyaslı müharibə gözlənilir və İran öz qərarvermə mexanizmini və strukturunu dəyişməzsə, mütləq süqut edəcək”.
Tribuna.az xəbər verir ki, bu sözləri Tehran Universitetinin siyasi elmlər üzrə müəllimi Əhməd Nəqibzadə deyib.
O bildirib ki, hakimiyyətin mövcud yanaşması artıq XXI əsrin şərtləri ilə uyğunlaşmır. “Bunun davam etdirilməsi ölkəni böhrandan çıxara bilməz”.
Fərda Uğur









