Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti növbəti tenderinin nəticəsini elan edib.
Tribuna.az xəbər verir ki, qurum bununla bağlı artıq əməkdaşlıq edəcəyi şirkəti də dəqiqləşdirib.
Belə ki, FHN-in sözügedən qurumu Cummins istehsallı QSM 11-645 HO markalı, Ne=474kw, n=2300d/d №=35280337, 35280597 olan baş mühərriklərin təmiri üçün ehtiyat hissələrinin satınalınmasını reallaşdıracaq. Tenderin qalibi “A+H TƏMİR TİKİNTİ” MMC olub. Bir ədəd mühərrikin təçmirinə isə 82 min 864 manat sərf olunacaq.
Fərda Uğur









