Pilot hər bir sərnişinin təyyarəyə özü ilə götürməli olduğu əşyanı açıqladı

Pilot hər bir sərnişinin təyyarəyə özü ilə götürməli olduğu əşyanı açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təyyarə ilə səyahət zamanı sərnişinlərin qarşılaşa biləcəyi narahatlıqlardan biri kabində temperaturun gözlənilmədən dəyişməsidir.

Tribuna.az Express-ə istinadən xəbər verir ki, “American Airlines” aviaşirkətinin keçmiş pilotu Stiv Şaybner sərnişinlərə əl yükündə mütləq isti geyim saxlamağı tövsiyə edib. Onun sözlərinə görə, təyyarənin salonunda temperatur bəzən sərnişinlərin gözlədiyindən daha aşağı ola bilər.

Pilot bildirib ki, kabində temperaturun tənzimlənməsi təyyarənin modelindən asılı olaraq pilotlar və ya stüardessalar tərəfindən həyata keçirilir. Lakin ekipaj üzvləri daim hərəkətdə olduqları üçün onların temperatur hissiyyatı uzun müddət eyni yerdə oturan sərnişinlərinkindən fərqli ola bilər.

Şaybner buna görə sərnişinlərə hətta yay aylarında belə əl yükündə svitşot, jaket və ya digər isti geyim götürməyi məsləhət görüb.

Bundan başqa, keçmiş pilot təyyarə oturacaqlarının arxasındakı ciblərdən istifadə ilə bağlı da xəbərdarlıq edib. O bildirib ki, sərnişinlər bu ciblərdə saxladıqları əşyaları uçuşdan sonra tez-tez unudurlar və həmin əşyaları geri qaytarmaq çətinləşir.

Pilot xüsusilə qiymətli əşyaların oturacağın cibinə qoyulmamasını tövsiyə edib.

İmran Kərimli