Almaniyalı milyarder, “Lufthansa” şirkətinin həmsahibi Klaus-Mixael Kyune vəfat edib.
Tribuna.az xəbər verir ki, 89 yaşlı Kyune İsveçrədəki evində qısa müddətli xəstəlikdən sonra ölüb.
Sərvəti 44,5 milyard dollar olaraq qiymətləndirilən sahibkar Almaniyanın ən varlı şəxsləri siyahısında ikinci, dünya üzrə “Forbes” reytinqində isə 44-cü pillədə yer alıb.
O, Almaniyanın bir sıra nəhəng nəqliyyat və logistika şirkətlərində paylara sahib olub.









