“Bütün qonşu ölkələrə ABŞ-nin yanında iqtisadi müharibədə iştirak etməməyi tövsiyə edirik. Əks halda, onları düşmən hesab edəcəyik”.
Tribuna.az xəbər verir ki, bu fikirəri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi səsləndirib.
O deyib ki, Tehran müharibəni genişləndirməyə çalışmır. “Lakin İran ətrafındakı ölkələr iqtisadi müharibədə amerikalılarla əməkdaşlıq etsələr, onların mənafelərinə zərbə endirəcəyik”.
Rezayi sonda qeyd edib ki, əgər İran ətrafındakı ölkələr iqtisadi müharibədə amerikalılara qoşularsa, Fars körfəzindən və ya Hörmüz boğazından tək bir damla da olsun neft çıxmayacaq. “Biz körfəzdən neftin ixrac edildiyi digər marşrutları da hədəfə alacağıq”.
Fərda Uğur









