Azərbaycanda bu gün və sabah Ramazan bayramı qeyd olunur.
Tribuna.az xəbər verir ki, məscidlərdə bayram namazı qılınıb.
Paytaxtdakı Təzə Pir məscidində bayram namazı saat 09:00-da qılınıb.
Namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb. Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib
Bakıdakı Əjdərbəy məscidində isə bayram namazı saat 08:00-da qılınıb.
Qeyd edək ki, ölkəmizdə Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan fevralın 19-da başlayıb.
Sənan Məmmədli









