Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.
Tribuna.az-ın məlumatına görə, günün yeganə oyununda “Ağdaş” komandası “Hypers”i qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 6:1.
“Hypers” II təsnifat mərhələsində “Şamaxı” ilə üz-üzə gələcək.
Qeyd edək ki, mərhələnin əvvəlki oyunlarında “Qaradağ Lökbatan” “Şəki”ni 12:0, “Ağstafa Gəncləri” “Şəmkir”i 5:1, “Zəngəzur” “Difai”ni 3:1, “Marafon” “Dinamo”nu 3:0, “Kür-Araz” isə “Şirvan”ı 3:1 hesabı ilə üstələyib.









