Qondarma rejimin başçısı Araik Aryutunyan bəyanat yayıb. Tribuna.az erməni KİV-ə istinadla xəbər verir ki, o müraciətində 9 May Qələbə Günü haqda söz açıb. Araik deyib ki, bu gün “Dağlıq Qarabağ yenidən ekzistensial mübarizənin mərkəzindədir”. “Azərbaycan hakimiyyətinin artıq beş aydır davam edən blokadası psixoloji və fiziki təzyiq yolu ilə xalqımızın iradəsini və mübarizə ruhunu sındırmaq, bizi vətənimizi tərk etməyə məcbur etmək məqsədi daşıyır. Türkiyə-Azərbaycan tandeminin niyyətləri bizim üçün xəbər deyil. Tariximizin ən həlledici dövrlərində özünü göstərən erməni xalqının birliyinin gücünü və qüdrətini bildiyimiz kimi, bunu da bilirik”-deyə separatçı lider sərsəmləyib.
Tribuna.az









