Ağcabədidə qanunazid toy: Bələdiyyə sədrinin bacısı uşaqları evləndilər

Ağcabədidə qanunazid toy: Bələdiyyə sədrinin bacısı uşaqları evləndilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.

 Tribun.az “Unikal”a istinadən xəbər verir ki, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu – xalaqızı) evlənib.

 

Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub.

 

Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.

 

Bələdiyyə sədri cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib:

 

“Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın”.

Sənan Məmmədli