Acun Ilıcalının qara köynəklərinin sayı şok etdi – Foto

Acun Ilıcalının qara köynəklərinin sayı şok etdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli tanınmış teleaparıcı Acun Ilıcalı evində 1200 qara köynəyinin olduğunu açıqlayıb.

Tribuna.az xəbər verir ki, o, həyat yoldaşı Ayça Çağla Altunkayanın köynəklərin çoxluğuna etiraz etdiyini və hamısını nümayişkaranə şəkildə qonaq otağına çıxardığını bildirib.

Acun Ilıcalı həmin hadisəni belə xatırlayıb:

“Bir dəfə Çağla qara köynək məsələsinə görə özündən çıxdı. Xanım da sanki şou göstərmək üçün bütün qara köynəkləri qonaq otağına yığmışdı. Evə girdim, gördüm ki, qonaq otağı başdan-başa qara köynəklərlə doludur.

Əslində, hamısı eyni köynək deyil. Yatanda geyindiyim ayrıdır, ofisdə geyindiyim ayrı, çölə çıxanda geyindiyim ayrı, qışda geyindiklərim də başqadır”.

Gülşən Rəsul