Konsert verən Karacanın görünüşü izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Bir çox istifadəçi onun sosial şəbəkədə yayılan fotolarına “Tamamilə dəyişib”, “Tanımaq mümkün deyil” kimi şərhlər yazıb.
Müğənni arıqlama prosesinin təkcə əməliyyatla bağlı olmadığını, qidalanma vərdişlərini tamamilə dəyişdirdiyini bildirib.
“Gündə cəmi bir dəfə yemək yeyirəm və bununla kifayətlənirəm. Bədəni dincəldirik, bir saat ərzində qidalanırıq, qalan vaxt isə heç nə yemirik. Çox acanda dişlərimi fırçalayıram. Bu, iştahamı azaldır. Bunlar özümün yaratdığım üsullardır. Ara yemək əvəzinə ayran, kefir və ya su içirəm” deyə, Işın Karaca qeyd edib.












