ZELENSKİ PUTİNLƏ DANIŞMIR, DÖYÜŞÜR… – BAKIDAN FƏRQLİ REAKSİYALAR

ZELENSKİ PUTİNLƏ DANIŞMIR, DÖYÜŞÜR… – BAKIDAN FƏRQLİ REAKSİYALAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynada işğalçı hərbi əməliyyatlarına Bakıda fərqli yanaşmalar var. TİA.Az xəbər verir ki, döyüşlərin necə yekunlaşacağı haqda müxtəlif versiyalar səslənir. Hüquq müdafiəçisi Günel Səfərova hesab edir ki, Putin Rusiya daxilindəki narazılıqdan daha çox qorxur, nəinki Qərbdən. Onun sözlərinə görə, Qərbin yanaşmasın izah etmək üçün çox zaman lazımdır: “Daxili etirazlar daha çox vüsət alsa Putin üçün ciddi təhlükə yarana bilər. Rus analarına, ailələrinə övladlarının tabutları hələ getməyib”.

İqtisadçı ekspert Natiq Cəfərli isə sanksiyalara diqqət çəkib. Onun fikrincə, Rusiyanın yaxın gələcək üçün iqtisadi vəziyyəti yaxşı olmayacaq: ”
Aylar lazım olacaq ki, Rusiya iqtisadiyyatı son sanksiyaları “iliyində” hiss etsin, aylar və təbii ki, Qərbin ardıcıl mövqeyi-sonuncu məsələdən, açığı, o qədər də əmin deyiləm. Təəssüf ki, Ukraynanın aylarla zamanı yoxdur…”

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Zaxarova deyir ki, Kiyev Moskva ilə danışıqları şənbə gününə qədər təxirə salıb.

” Görünür, Qərb Ukraynaya dəstək sözü verib. Putinin görüş təklifini NATO iclasından əvvəl qəbul etməsi də Kiyevə mümkün dəstəyin verilməsindən öncə hərəkətə keçməsi idi.

Danışıqlar “neytral status” – Ukraynanın faktiki təslim olması üzərində aparılacaqdı və Kiyev üçün heç də yaxşı deyil. Zelenski “danışıqlara hazırıq” sözləri ilə Qərbə son mesajını verdi və NATO-nun silah dəstəyi ilə bağlı qərar qəbul etməsinə nail oldu.
Ukrayna indi iki hədəfə işləyir: Birincisi, Qərbin vəd etdiyi dəstək gələnə qədər danışıqlar məsələsi ilə zaman qazanmaq, hücumun təzyiqini azaltmaq;
İkincisi, masaya oturmağa məcbur olarsa, döyüş meydanında müəyyən üstünlüyü əldə etmək və əlini gücləndirmək;

Mümkündür ki, ən ağır döyüşlər qarşıdakı 24 saatda olacaq”-ekspert şərh edir.

TİA.Az