Zaur Əliyevin kadrı vəzifədən azad olundu

Zaur Əliyevin kadrı vəzifədən azad olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsindən azad edilib.

Tribuna.az xəbər verir ki, departamentin rəhbəri Ruslan Abdullayev öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Onun dövlət qurumlarının birində vəzifəyə təyin olunacağı gözlənilir.

 

Qeyd edək ki, Ruslan Abdullayev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışan Zaur Əliyevin kadrı sayılırdı. İllər əvvəl Zaur Əliyevin müvafiq əmri ilə sözügedən vəzifəyə təyin edilmişdi.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 19-da müvafiq fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

 

Fərmanla İTSDA və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılacaq. Qaynarinfo