Bakıda avtomobilində yüksək səslə qeyri-etik sözlərin yer aldığı musiqiyə qulaq asan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu, H.Əliyev prospektində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Cavad (şərti) adlı şəxs “VAZ-2107” markalı avtomobilini idarə edən zaman yüksək səslə qeyri-etik sözlər işlənən mahını dinləyirmiş. Nərimanov rayon Polis İdarəsinin Post-patrul xidmətinin əməkdaşları inzibati ərazidə xidmət apararkən sözügedən avtomobilin sürücüsündən mahnının səsinin azaltmasını tələb edib. Həmin şəxs polislərə məhəl qoymayıb və onların ünvanına qeyri-etik ifadələr işlətməyə başlayıb. Polis əməkdaşı ona yaxınlaşanda, avtomobili onların üzərinə sürüb.
Polis onu saxlayaraq, şöbəyə aparıb. İzahatı alınan sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokollar tərtib olunub və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Cavad barəsində 8 gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.









