Yenidən nüvə ölkəsinə çevrilmək… – Ukrayna tarixi haqqını geri qaytarır?

Yenidən nüvə ölkəsinə çevrilmək… – Ukrayna tarixi haqqını geri qaytarır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya Ukraynaya qarşı aqressiyaya başlasa, Kiyev Budapeşt memorandumundan imtina edərək yenidən nüvə silahına malik dövlətə çevrilə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ukrayna Prezidenti Vladimir Zelenskinin Münhen təhlükəsizlik konfransında ölkəsinin nüvə silahı istehsalını bərpa edə biləcəyilə bağlı səsləndirdiyi fikrinin nə dərəcədə real olduğuna aydınlıq gətirərkən deyib:
“1994-cü ildə Ukrayna rəhbərliyini aldadaraq, Kiyevi əlindəki nüvə silahlarının Rusiyaya verilməsinə razı saldılar. Ukraynadakı 50 milyard dollar dəyərindən çox olan bu sarsıdıcı silahlar Rusiyaya verildi. Bununla bağlı, ABŞ, Böyük Britaniya, Rusiya və Ukrayna arasında Budapeşt memorandumu imzalandı. Əvəzində ilk 3 ölkə Ukraynanın ərazi bütövlüyünə zəmanət verdilər. Amma tarixin gərdişinə bax ki, nüvə silahını alıb, ərazi bütövlüyünə zəmanət verən dövlət indi həmin ölknin ərazi bütövlüyünü pozur”.
 
Politoloq düşünür ki, Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, Kiyevin Budapeşt memorandumundan imtina edəcəyi ehtimalı böyükdür:
“Bu ehtimal güclüdür. Münhen konfransında Ukrayna Prezidenti belə bir açıqlama verməklə həm də Rusiyanı aqressiyadan çəkindirməyə çalışır. Lakin verilən belə bir açıqlama heç də ani olaraq Ukraynanın nüvə dövləti olması anlamına gəlməməlidir. Bunun üçün Ukrayna hələ ciddi çalışmalıdır. Amma onu da qeyd edək ki, Ukraynanın malik olduğu hərbi infrastruktur onun nüvə silahı istehsal etməsinə imkan yarada bilər”.