Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım

Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün əvvəl – iyulun 7-də TƏBİB-in icraçı direktoru Anar Bayramov qurumun tabeli tibb müəssisələrində fəaliyyətə başlayan həkim-rezidentlərlə görüş keçirib.
Tribuna.az Yeniavaz.com-a istinadən xəbər verir ki, TƏBİB-in rəsmi sosial media hesablarında dərc olunan sözügedən görüş zamanı çəkilmiş fotolarda əmək fəaliyyətinə başlayanların hamısının qadın həkimlər olması diqqət çəkib.

Bu hal sosial media  istifadəçilərinin də gözündən qaçmayıb və müzakirələrə səbəb olub.
Bəzi iddialara görə, kişi həkimlər daha yaxşı əməkhaqqı qazanmaq üçün xaricə üz tuturlar deyə belə mənzərə yaranıb.

Bəzi istifadəçilər isə görüşdə ancaq xüsusi ixtisaslarda təhsil almış həkimlərin iştirak etdiyini bildirib.
Kişi həkim-rezidentlərin hərbi xidmətə aparılmış ola biləcəyi versiyasını səsləndirənlər də olub.
TƏBİB isə nə sözügedən istifadəçilərin rəylərinə reaksiya verib, nə də bu barədə rəsmi məlumat yayıb.