Yenə qızışıblar: “Qarabağı Ermənistana birləşdirməliyik”

Yenə qızışıblar: “Qarabağı Ermənistana birləşdirməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda bir qrup siyasi dəllal yenidən Qarabağ məsələsini gündəmə gətirmək üçün qollarını çırmayıblar.

Tribuna.az xəbər verir ki, onlar indi də Qarabağın Ermənistana “birləşdiriılməsi” üçün fəaliyyətə keçiblər.

Belə ki, Erməni Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababayan iddia edib ki, bu prosesi reallaşdırmaq lazımdır. “Müasir tariximizin ən təməl daşı Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsini elan etmək idi. Onu həyata keçirmək lazımdır”.

P.S. Yenə qızışıblar, yenə həvəsə gəliblər. 44 günlük müharibədən aldıqları dərsləri də unudublar. Buyursunlar, bu dəfə 44 gün lazım olmayacaq. Ən pis halda 1 həftə kifayət edəcək.

Fərda Uğur