“Yelo Bank” səhvə yol verdi

“Yelo Bank” səhvə yol verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank” 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bank cari ilin ilk rübündə 15 milyon 769 min manat xalis faiz gəliri əldə edib. Amma hesablamalara görə bankın xalis faiz gəliri 15 milyon 95 min manat olub.

Pravda.az bankın hesabatına istinadən xəbər veri ki, “Yelo Bank”ın faiz gəliri ötən ilin son rübü ilə müqayisədə 7 milyon 82 min manat artaraq 25 milyon 544 min manat olub. Bankın faiz xərcləri isə 3 milyon 218 min manat çoxalaraq 9 milyon 775 min manata çatıb. Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara 674 min manat ayırdığı üçün isə “Yelo Bank”ın xalis faiz gəliri 15 milyon 95 min manata bərabər olmalı idi. Amma bank bu rəqəmi 674 min manat çox göstərərək çaşqınlıq yaradıb. Hesablamanın ortasında səhvə yol verən bankın audit şöbəsi bu səhvini hesablamanın sonunda düzəldib. Yəni ortada səhv olsa da yekunda doğru cavab əldə olub.

Bankın qeyri-faiz gəliri 2 milyon 270 min manat, qeyri-faiz xərcləri isə 16 milyon 662 min manat olduğuna görə bankın əməliyyat mənfəəti 702 min manat olub. Amma bankın hesablamasına görə bu rəqəm 1 milyon 377 min manat olmalı idi.

Maraqlısı budur ki, faiz gəlirindən ehtiyata ayrılan vəsaitin əməliyyat mənfəətindən çıxılması bankın xalis faiz gəlirinin normadan çox göstərilməsindən başqa heç nəyə xidmət etmir.