Xorvatiyalı modelə Bakıya gəlməsi üçün böyük məbləğdə pul verilib-FOTO,VİDEO

Xorvatiyalı modelə Bakıya gəlməsi üçün böyük məbləğdə pul verilib-FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə Qətərdə keçirilmiş futbol üzrə Dünya çempionatında məşhurlaşmış 2016-cı ilin Xorvatiya gözəli İvana Knoll Azərbaycana reklam əməkdaşlığı çərçivəsində təşrif buyurub.

Tribuna.az xəbər verir ki, modelin ölkəmizə səfəri Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin əməkdaşlıq etdiyi şirkətlərdən birinin dəvətilə baş tutub.

İvana Bakıya səfəri qarşılığında 50 min avro qazanc əldə edəcək. O, yarışlardan əlavə, rəsmi və qeyri-rəsmi tədbirlərdə də iştirak edəcək. Knollun Bakıya gətirilməsində əsas məqsəd tamaşaçıların aktivliyinin artırılması və Qran-Priyə olan marağın çoxalmasına hesablanıb

(aut.az).