Xocalıda donaraq ölən 10 yaşlı uşağın qohumu danışdı – Foto

Xocalıda donaraq ölən 10 yaşlı uşağın qohumu danışdı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəhşətli Xocalı faciəsi gecəsi meşədə şaxtadan donaraq ölən 10 yaşlı Allahverdi Ağayevin bacısı qızı onunla bağlı paylaşım edib.

Tribuna.az xəbər verir ki, Əlixanova Türkan adlı xanım dayısı Allahverdiyi Ağayevin fotosunu paylaşıb.

“Bu mənim dayım Vüsaldır (sənəd adı Allahverdi).

Xocalı soyqırımını unutmaq mümkünsüzdür, hər nə qədər qələbə qazanmış olsaq da…”-deyə, o bildirib.

Qeyd edək ki, A.Ağayev 3-cü sinifdə oxuduğu zaman Xocalı faciəsi yaşanıb. O atası ilə bir neçə gün dondurucu soyuqda meşəda ac-susuz qalıb. Şaxtadan donarək ölüb.

Gülşən Rəsul