“Müharibə olacaq, Azərbaycan bunu gizlətmir və buna hazırlaşır: bütün Ermənistanı ələ keçirmək istəyir”.
Tribuna.az xəbər verir ki, bu iddianı separatçıların nümayəndəsi, vaxtıyla qondarma “müdafiə ordusu”nun “komandanı” olmuş Arkadi Karapetyan irəli sürüb.
O hesab edir ki, İran Ermənistana dəstək verməlidir. Hətta “Tehran Ermənistanı qorumasa, özü məhv olacaq” iddiasını da dilə gətirib.
Karapetyanın fikrincə, əgər Rusiya Qarabağı ermənilərə “qaytarmasa”, o zaman yox olacaq. “İndi Donetski necə almaq istəyir? Müharibə yolu ilə. Qarabağı bizə məhz belə qaytarmalıdır. Axı o, bizi qorumadan Qarabağı müharibə yolu ilə verdi. Niyə 1990-cı illərdə irəliləyişi davam etdirmədik? Ruslar buna icazə vermədilər. Rusiya, ABŞ və digərləri razılaşdılar və Qarabağı verdilər”.
Fərda Uğur









