Dünən ölkənin iki rayonu üçün nəzərədə tutulmuş tenderlər ləğv edilib.
Tribuna.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlar məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin tenderlərdən biri Biləsuvar İcra Hakimiyyəti tərəfindən təşkil edilibmiş. Belə ki, İcra Hakimiyyəti Biləsuvar şəhərinin küçə və parklarının işıqlandırılması üçün mal- materialların və təsərrüfat mallarının satınalınmasını həyata keçirmək fikrində olub. Bunun üçün 14 min 320 manat pul da ayırıb. Lakin tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən təklif təqdim etmiş təchizatçıların sayı 3-den az olması səbəbilə ləğv edilib.
İkinci analoji hadisə Samuxda baş verib. Belə ki, Samux İcra Hakimiyyəti Samux rayonunda işıqlandırma sistemlərinin yenilərinin alınıb quraşdırılması üçün mal-materialların satınalınmasını reallaşdırmaq istəyib. Bunun üçün 251 min 809 manat pul xərcləməyi də nəzərədə tutub. Lakin ABİNDA-nın AİBNDA/SQ-9609/2026 qərarı ilə tender ləğv edilib.
Fərda Uğur









