İranın İordaniyadakı keçmiş səfiri Mustafa Moslehzadə Azərbaycana qarşı bir sıra qərəzli fikirlər səsələndirib.
Tribuna.az xəbər verir ki, o, İranda yayınlanan “Khaneyi Eqtesad” saytına açıqlamasında Azərbaycanla Tehranın qarşıdurma vəziyyətində olduğunu deyib.
Moslehzadə qeyd edib ki, İranın Azərbaycanla strateji qarşıdurması mövcuddur. “Bakı İranın parçalanmasına və hakimiyyətin devrilməsinə yönəlmiş siyasət aparır”.
Keçmiş səfir daha sonra qeyd edib ki, hazırda Azərbaycan İran üçün strateji çağırış yaratsa da, Ermənistan belə bir təhlükə yaratmır. “Bu səbəbdən İran Ermənistanla daha yaxın münasibətlər qurmalıdır”.
Fərda Uğur









