FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti daha bir tenderə yekun vurub.
Tribuna.az xəbər verir ki, qurum Quba və Siyəzəndə iki ev inşa etməyi qərarlaşdırıb.
Belə ki, Quba rayonunun Afurca kəndində 1 ədəd, Siyəzən rayonunun isə Sədan kəndində 1 ədəd fərdi yaşayış evinin tikintisi işləri həyata keçiriləcək. Tenderin qalibi “AZSUR GROUP” MMC olub. FHN şirkətə iki evin tikintisi üçün 203 min 801 manat pul ödəyəcək.
Fərda Uğur









