11 “WhatsApp” qrupu açıb, 1,2 milyon manat mənimsəyən qadın qərardan şikayətçidir

11 “WhatsApp” qrupu açıb, 1,2 milyon manat mənimsəyən qadın qərardan şikayətçidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dələduzluqda təqsirləndirilərən Tənzilə Kərimovanın barəsindəki qərardan kassasiya şikayəti verilib.

Tribuna.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: T.Kərimova 11 “WhatsApp” qrupu yaradıb. O, bu qruplar vasitəsilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. T.Kərimova vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub.

Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var.

T.Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.