Müəllimlərin 82,5 faizi qadınlardır

Müəllimlərin 82,5 faizi qadınlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci il oktyabrın 1-nə olan məlumata görə, dövlət ümumi təhsil müəssisələrində, xüsusi təhsil müəssisələri istisna olmaqla, məktəb rəhbərləri də daxil olmaqla 138 min 701 müəllim çalışıb.

Tribuna.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.

Müəllimlərin 79,4 faizinin ali, 20,5 faizinin pedaqoji orta ixtisas, 0,1 faizinin isə qeyri-pedaqoji orta ixtisas və tam orta təhsili var.

2025-ci ildə dövlət ümumi təhsil müəssisələrində müəllimlərin ümumi sayında qadınların xüsusi çəkisi 82,5 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə məktəb rəhbərləri də daxil olmaqla müəllimlərin sayı 141 min 204 nəfər, qadınların xüsusi çəkisi isə 82,2 faiz olub. Statistikaya görə, 2000-ci ildə dövlət ümumi təhsil müəssisələrində müəllimlərin sayı 159 min 745 nəfər olub və onların 68,5 faizini qadınlar təşkil edib. 2005-ci ildə müəllimlərin sayı 169 384 nəfər, qadınların xüsusi çəkisi 71,3 faiz, 2010-cu ildə isə müvafiq olaraq 169 min 671 nəfər və 73,9 faiz olub. 2015-ci ildə müəllimlərin sayı 155 min 569 nəfər, qadınların xüsusi çəkisi 78,5 faiz, 2020-ci ildə isə müvafiq olaraq 149 386 nəfər və 81,0 faiz təşkil edib.