Separatçılar yenə hürüşürlər

Separatçılar yenə hürüşürlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Ermənistanda Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatının üçüncü ildönümü ilə bağlı hay-küy yaranıb.

Tribuna.az xəbər verir ki, rəsmi İrəvan bu hadisəyə ümumiyyətlə reaksiya verməyib.

Lakin revanşist və separatçılar yenə səslərini başlarına atıblar. Ötən gün separatçıların qondarma “parlament”i bəyanat yayaraq, Qarabağa qayıdacaqları bardə sərsəmləyiblər. Onların iddiasına görə, Qarabağ ermənilərinin kollektiv və təhlükəsiz şəkildə geri qayıtmaq hüququ müzakirə mövzusu deyil. “Bu, etibarlı beynəlxalq zəmanətlər və xalqımızın fundamental hüquq və azadlıqlarının tam təmin edilməsi şərtləri altında həyata keçirilməlidir”.

Onların iddiasına görə, Bakıda həbsdə olan hərbi cinayətkarlar dərhal azad edilməlidir.

Fərda Uğur