Manukyan: “İndi hamı bizə gülür”

Manukyan: “İndi hamı bizə gülür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O vaxtlar biz xəyallar qurur, islahatlar aparırdıq, Qarabağda öz müqəddəratını təyinetmə hüququ həll olunurdu, beynəlxalq subyektə çevrilirdik”.

Tribuna.az xəbər verir ki, bu fikriləri Erməni Milli Konqresinin sədr müavini Aram Manukyan səsləndirib.

O deyib ki, hazırda onlara gülürlər. “İndi isə bizə gülürlər, mədəniyyətimiz məhv edilir, səsimizi çıxarmırıq, ərazilərimiz işğal olunur, səsimizi çıxarmırıq, seçilmiş vəzifəli şəxslərimiz və hərbi xadimlərimiz həbsdədir, könüllü olaraq beynəlxalq məhkəmələrə müraciət etmək hüququndan məhrum olmuşuq”.

Fərda Uğur