Üç gün əvvəl Bilgəhdə dənizdə batan tələbələrin meyiti tapılıb

Üç gün əvvəl Bilgəhdə dənizdə batan tələbələrin meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç gün əvvəl Bilgəhdə dənizdə batan iki şəxsin meyiti tapılıb.

Tribuna.az bildirir ki,bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlizadə Əlipaşa Natiq oğlunun və 2008-ci il təvəllüdlü Əmrəliyev Elmin Elman oğlunun meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hər iki gəncin tələbə olduğu bildirilmişdi.