Xarkov yaxınlığında şiddətli döyüşlər gedir: Rus tankları yanır

Xarkov yaxınlığında şiddətli döyüşlər gedir: Rus tankları yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fevralın 24-də günorta Xarkov yaxınlığında şiddətli döyüşlər gedir. Hərbçilər tank hücumunu dəf edib.
TİA.AZ Unian-a istinadla xəbər verir ki, bu barədə brifinq zamanı Aleksey Arestoviç məlumat verib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Xarkov istiqamətində şiddətli döyüşlərin getdiyini bildirir. Düşmən canlı qüvvə və texnikada itki verir.
Həmçinin jurnalist Andrey Tsaplienko Xarkov yaxınlığında rus tanklarının yanan videosunu yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook-da yaydığı məlumata görə, bu gün Xarkov dairəvi yolunda Rusiya hərbçilərinin dörd tankı məhv edilib.
“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat məlumatlarına əsasən, Xarkov şəhərinin dolama yolunda rus işğalçılarının 4 tankı yandırılıb.
Həmçinin Birləşmiş Qüvvələr komandanlığının məlumatına görə, bu gün – fevralın 24-də Şastya bölgəsində 50-yə yaxın rus hərbçisi zərərsizləşdirilib.  Bundan başqa, Kramatorsk rayonunda daha bir rus təyyarəsi vurulub. Bu, artıq altıncıdır”, – məlumatda deyilir.
Baş Qərargah vurğulayıb ki, “Birləşmiş Qüvvələr Rusiya Federasiyasının silahlı qüvvələrinə layiqli cavab verir” və Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələri öz mövqelərindədir.