Xankəndidə iki separatçı klan boğuşur. Tribuna.az yazır ki, Araik Aryutunyan komandası ilə Samvel Babayan didişməkdədir. Məlumata görə, Babayan Rusiyanın adamı olduğu üçün Paşinyanın kadrı sayılan Araiklə yola getmirlər. Bu qarşıdurmada daha bir tərəf Ruben Vardanyandır. O da Moskva “desant”ı olduğu üçün Babayanla gizli müttəfiq sayılır. Lakin Araik hər ikisini separatçı qurumdan uzaqlaşdırıb. O, Paşinyana yaxın olan Tiqran Petrosyanla gücünü artırır. Bildirilir ki, Babayan-Vardanyan cütlüyü Araikə qarşı mitinqlər təşkil edir, amma son çağırışlar nəticəsiz qalıb. Azərbaycan isə addım-addım Xankəndiyə yaxınlaşır, separatçılar arasında bu konflikt isə daha da dərinləşəcək və bundan istifadə edəcəyik.









