Bu gün səhər saatlarında Müdafiə Nazirliyi xəbər yaydı ki, Qarabağda olan qanunsuz erməni silahlı dəstələrinə dəqiq zərbələr endirilir, heç bir mülki infrastruktur hədəfə alınmır. Nazirliyin məlumatı Ordumuzun antiterror əməliyyatına başladığı ehtimal yaratdı. Çünki separatçı dəstələr təxribatlara ara vermir və sülhməramlılar olduğu yerdən mövqelərimizi atəşə tutur. Rusiya isə üçtərəfli sənədin 4-cü bəndini icra etmir və nəticə etibarı ilə özümüz bu məsələni həll edə bilərik. TİA.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bu gün Ordumuzun Qarabağda həyata keçirdiyi tədbirləri Moskva bəyannaməsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, rusların Qarabağdan çıxması, yaxud bir qisminin tərk etməsi rəsmi təsdiqlənməsi də mümkün ehtimaldır:
“Birincisi, Moskva üçün əsas cəbhə Ukraynadır . Bakı ilə imzalanan müqavilə bu bölgədən arxayın olmağa imkan verir. İkincisi, Bakı müqavilənin qarşılığını almalıdır, bunun hansı miqyasda olacağını demək çətin olsa da.
İstisna deyil ki, Rusiyanın hərbi-siyasi rəhbərliyində bu məsələ ilə bağlı fikir ayrılığı var. Bu baxımdan zərurətin yaradılmasına, eləcə də ermənilərin reallığı qəbul etməsinə ehtiyac var”.
TİA.az









