XANKƏNDİ ERMƏNİLƏRİNİN PASPORTU LƏĞV EDİLİR – PAŞİNYANIN SSENARİSİ…

XANKƏNDİ ERMƏNİLƏRİNİN PASPORTU LƏĞV EDİLİR – PAŞİNYANIN SSENARİSİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçı Arşak Abramyan deyib ki, Ermənistan hakimiyyəti Qarabağda olan ermənilərə vaxtı bitdikdən sonra yeni pasportlar verməyəcək.
Onun sözlərinə görə, bank kartları da fəaliyyətini dayandıracaq və pensiyalar ləğv ediləcək. Bu açıqlamanı şərh edən siyasi ekspert Ramiyə Məmmədova Tribuna.az-a deyib ki, İrəvanın ola biləcək qərarını iki cür dəyərləndirmək olar.

Onun fikrincə, əvvəla, bununla məqsəd ermənilərin köçünün qarşısını almaq ola bilər: “Pasport etibarlılığını itirdikdə yeni ilə əvəzlənmir və Qarabağ ermənilərinin hərəkət azadlığı məhdudlaşır. Nəticəsə onların bölgədən sürətli köçü dayanır. Ermənistan bu niyyətlə onların bölgədə qalmasına nail olur ki, Qarabağ ermənisiz olmasın. Lakin ikinci detal da var – əgər onlara Ermənistan pasportu verilməsə, qondarma rejimin saxta pasportu ilə heç yerə gedə, xaricə qaça bilməyəcəklər. Belədə isə ermənilərin bizə reinteqrasiyası sürətlənə bilər. Paşinyan bəyan edir ki, Qarabağ Azərbaycandır və ermənilərin təhlükəsizliyinə zəmanət verməlidir. O zaman onlar bizə tabe olur, bizin qanunlarla yaşayırlar. Ola bilsin ki, Qarabağ zəncirindən bu cür qurtula biləcəyini hesablayır”.