Bağça və məktəb uşaqları arasında qusma və ishalla müşahidə olunan virus yayılıb.
Tribuna.az xəbər verir ki, xüsusilə azyaşlılar arasında yayılan virus davamiyyətə də təsir edib. Həkimlər hazırda uşaqlarda müşahidə olunan soyuqdəymənin havaların gah sərin, gəh isti keçməsi ilə əlaqələndirirlər. Qusma və ishala isə mövsümə uyğun olmayn meyvə və tərəvəzlərin istifadəsi göstərilir.
Pediatr Elnurə Qurbanova Tribuna.az-a bildirib ki, uşaqlara hazırda satışda olan pomidor, xiyar, meyvelərdən isə çiyələk verilməsi doğru deyil. Qusma və qarıngetmə hallarının birinci səbəbi bu cür dərmanlarla yetişdirilmiş meyvə və tərəvəzlərdir”.









