“Uşağım sənin olsun, apar” – Livanlı ana (VİDEO)

“Uşağım sənin olsun, apar” – Livanlı ana (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanlı ananın fəryadı dünya mediasının gündəminə düşüb.

Tribuna.az xəbər verir ki, Yaxın Şərqdə baş verən son hadisələr fonunda Livanda təsirli bir hadisə qeydə alınıb.

Belə ki, livanlı bir ana “Haber Türk”ün müxbiri Gizem Türemənə ürəkdağlayan sözlər deyib.

O, öz taleyinin önəmli olmadığını bildirərək, körpəsini müxbirə uzadaraq, uşağı aparmasını istəyib:

“Öz aqibətim məni maraqlandırmır, təki uşağım xilas olsun. Körpəmi götürün, Türkiyəyə aparın”.

Ananın bu çağırışı qısa zamanda geniş rezonans doğurub və dünya mediasında da böyük əks-səda yaradıb.

Nigar İxtiyarqızı