Azərbaycanda “Trendyol”a alternativ olaraq yaradılan “Umico”dan alınan məişət texnikası zay çıxıb.
Tribuna.az yazır ki, şikayətçi Kəmalə Abdullayeva “Umico”dan aldığı məhsulu nə dəyişə, nə də qaytara bilir:
“30 mart tarixində “Umico”dan simsiz tozsovuran almışam kreditlə. Mənə ilk başda 1 il zəmnəti var deyilmişdi. Tozsovuranı işlətdikcə çox az enerji saxladığını gördüm. Mənə 1 saat 30 dəqiqə deyilmişdi, amma 30 dəqiqə belə saxlamırdı. “Umico”yla danışdım, zəmanət məsələsinin öz səhvləri olduğunu bilib mayın ilk günləri gəlib apardılar diaqnostikaya. Tez-tez əlaqə saxlamağıma baxmayaraq deyirdilər gözləyin. May ayında mən evimdə olmayan əşyaya görə kredit də ödədim. Sonra satıcı mağazayla danışdıqda məhsulun detalının olmadığını və düzəlməyəcəyini “Umico”ya bildirdiklərini dedilər. “Umico”ya qaytarma və dəyişmə ilə bağlı müraciət etdiyim hər gün eyni söz deyilir, gözləyin.
Artıq 14-15 gündü nə pulumu verirlər, nə məhsulu geri qaytarma edirlər. İyun ayı gəlir artıq, mən ödəməsəm % gələcək. Bunlarla necə danışım bilmirəm artıq”.










