“Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə birbaşa danışıqlara hazırdır”.
TİA.AZ UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Andrey Sibiqa telemarafon zamanı deyib.
Onun sözlərinə görə, Zelenski gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir:
“Biz müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna Prezidenti isə Putinlə birbaşa danışıqlara hazırdır. O, gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir. Əlbəttə heç bir ultimatum olmadan və qətiyyətlə”.









