Ukrayna parlamentinin keçmiş deputatı döyüşlərdə həlak olub

Ukrayna parlamentinin keçmiş deputatı döyüşlərdə həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri ilə Ukrayna döyüşçüləri arasında Puşe-Vodisedə gedən döyüşlərdə Ukrayna Ali Radasının 8-ci çağırış deputatı Aleksandr Marçenko həlak olub.

TİA.AZ  UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Azadlıq Partiyasının deputatı Oleq Tyaqnibok bildirib.

“Rusiya-Ukrayna müharibəsinin veteranı, VIII çağırış Ukrayna Ali Radasının deputatı, zabit Aleksandr Marçenko həlak olub”, – deyə partiya sədri vurğulayıb.