Ukrayna “Berestskaya” metrosunda düşmən kalonunu darmadağın etdi

Ukrayna “Berestskaya” metrosunda düşmən kalonunu darmadağın etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gecə vaxtı düşmən paytaxta fəal şəkildə hücum edib. Eyni zamanda, Ukrayna silahlı qüvvələri təkcə bütün hücumları dəf etməyi deyil, həm də düşmənin texnikasını məhv etməyi bacarıb”.

TİA.AZ Unian-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları məlumat yayıb.

“Metronun “Beresteyskaya” stansiyasında 101-ci briqada tərəfindən kalonu dağıdılıb: 2 minik avtomobili, 2 yük maşını, bir tank. Sakitlikdir, hamısı məhv edilib”, – mesajda deyilir.

Ərazidə döyüşlər gecə saatlarından da davam edib. Ukraynanın paytaxtında partlayış səsləri eşidilir, şahidlər atışma olduğunu bildirir. Jurnalist Andrey Tsaplienko bildirib ki, işğalçılar “Beresteyskaya” metrostansiyası yaxınlığındakı hərbi hissəni vurublar. Hücum uğurla dəf edilib.