“Azərbaycan Ordusu oturub dağlarda, diqtə edir ki, bunu verməlisən, bunu da veməlisən”.
Tribuna.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan deyib.
Onun sözlərinə görə, 300 min azərbaycanlının Ermənistana gəlməsi də problemli məsələdir. “Əgər 300 min azərbaycanlı Ermənistana qayıdarsa, şübhəsiz, onlar keçmişdəki evlərini, torpaq sahələrini geri istəyəcəklər. Bu isə elə həmin sayda erməninin köçdən sonra qurduqları evlərindən, sahələrindən məhrum olması deməkdir”.
Tsarukyan iddia edib ki, hazırkı şərtlərdə baş verənlər sülh deyil. “Bu necə sülhdür ki, Azərbaycan diktə edir, Ermənistan isə öhdəlik götürür?”
O başqa bir iddiasını da dilə gətirib. “Bir erməni Azərbaycana və ya Bakıya gedə bilərmi? Bu mümkün deyil. O zaman 300 min azərbaycanlının Ermənistana gəlişinə niyə səssiz qalmalıyıq?”.
Fərda Uğur









